18:26 04.11.2017 1886

Qurbanova dözüm və uğur diləyi ilə

Nihat Ağasoy
 
Qurban Qurbanvun yığmanın "sükan”ına sahib çıxması gözlənilənin reallaşması deməkdi. Bu üzdən "niyə məhz Qurbanov” sualı ətrafında çox gəzinməyə ehtiyac duymuram. Adam "Qarabağ”ın baş məşqçi postunda zəhmətsevərliyini, peşəkarlığını və səviyyəsini ortaya qoyub. Millinin yeni çalışdırıcısının hazırda ölkəmizin ən yaxşı yerli məşqçisi olduğuna da hər hansı şübhə yoxdu. Bəlkə də papaq altında potensialı daha artığına imkan verənlər var. Amma "bu meydan, bu şeytan” deyiminə uyğun olaraq, özünü əməldə isbatlayan elə Qurbanovdu.

"Köhlən atlar”ın baş məşqçisiylə bir neçə dəfə görüşüb təkbətək söhbət etmiş, fəaliyyətini illərlə izləmiş, araşdırmış və müəyyən qənaətlərə gəlmiş biri kimi deyirəm: Qurban bəy doğrudan da bossdu. Onun rəhbərlik etdiyi komandada qruplaşma, fikir ayrılığı, ümumi hədəflərdən kənar məqsədlər ola bilməz. Digər tərəfdən, xalqını, vətənini, bayrağını ürəkdən sevən insandı. Ürəyinin çırpıntılarını düyünlənmiş qaşları arasında gizlədə bilməsinə baxmayın, yetərincə duyğusal vətənpərvərdi. Sadəcə, zamanla hisslərini cilovlamağı öyrənib. Öyrənməkdən söz düşmüşkən, bildikləriylə kifayətlənməyən, bəlli uğurlara rəğmən, özünü başqalarından üstün saymayan, öyrənməyə, "artırmağa” meyilli biridi. Məhz bu keyfiyyətləri seçmənin baş məşqçisi kimi, uğur qazana biləcəyini proqnozlaşdırmağa əsas verir. Bir var puldan və şəxsi reklamdan başqa heç nəyi düşünməyən əcnəbinin çalışdırdığı kollektiv, bir də var yerli peşəkarın rəhbərlik etdiyi milli. Bura yerli futbolçuları daha yaxşı tanımasını, özünəməxsus oyun tərziylə futbolsevərlərin ürəyinə yol tapmasını da əlavə edək... Azərbaycan adlı futboluyla dünyaya səs salmayan ölkədə doğulubsa, özündən əvvəl yığmanı çalışdıran Berti Foqts, Robert Prosineçki səviyyədə idmançı karyerası yaşamaması başadüşüləndi. Amma soyuqqafalı, qoca almandan və kürən xorvatdan zəif məşqçi olmadığına əminəm.

Klub komandasıyla paralel seçməni də çalışdırmaq praktikası dünya futbolunda yenilik deyil. İndiki durumda Qurbanov "Qarabağ”da etdiklərini yığmada reallaşdırmaq üçün illərdi ümidləri doğrultmayan millidədi. Elə məni qayğılandıran, ehtiyatlandıran da budu. Xalq son tsikldə 10 xal toplayaraq rekord nəticə müəyyənləşdirən yığmanın nəticəsindən razı deyil. "Qarabağ”ın çalışdırıcısına xilaskar gözüylə baxırlar. Ancaq reallıq adlı böyük anlayış var. Bu gün Qurban bəyin millini AÇ-2020-nin final mərhələsinə daşıyacağını, təmsilçimizin onun rəhbərliyi altında qısa müddətdə FİFA-nın reytinq sıralamasında "əlliliy”ə düşəcəyini düşünənlər nə yazıq ki, çoxdu. Təbii, yeni baş məşqçinin yığmanı inkişaf etdirmək, komandanı ruhən dirçəltmək potensialı böyükdü. Amma hazırkı futbolçularla hər hansı sıçrayış xam xəyaldı. Klubda qazanılan uğurları şərtləndirən əsas amillərdən biri belə desək, xam materialdı. Yəni mütəxəssisin öz fəlsəfəsinə, formalaşdırdığı sistemə uyğun oyunçu seçimi. Sizcə, "Qarabağ” yalnız yerli oyunçulardan qurulmuş heyətlə indiki səviyyəsinə çata bilərdi? Əsla! Və ya əksinə, millimizə çağırılan bütün futbolçular "Qarabağ”ın formasıyla meydana çıxsalar, səfərdə "Atletiko”yla 1:1 hesablı heç-heçə edə, "Roma”nı öz cərimə meydançasına sıxışdıra, "Çelsi”ni evdə yenməkdən danışa bilərlər? Dediyim odu ki, Qurbanovdan mümkün olmayanı ummamalıyıq. Klubla milli fərqli anlayışlardı.

Az qala unutmuşdum, mümkün tənqidlərə yığmanın çalışdırıcısının necə reaksiya verəcəyi mənim üçün çox maraqlıdı. Millinin baş məşqçi postu boyda məsuliyyət yükünü başı üzərinə qaldıranın sinəsi futbolu bilən və bilməyənlərin yağdırdığı tənqid güllələrinin hədəfidi. Dözüm və uğur diləyi ilə...
 
"Futbol+" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
22:58

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

22:23

Arda Turan "Şaxtyor"un transfer planlarından danışdı

21:51

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

21:20

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

20:43

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

20:21

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

19:50

Azərbaycan yığması Lüksemburqa yenildi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

18:49

"Yuventus" Tudorla müqavilə yenilədi - RƏSMİ

18:16

"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başladı

17:41

DÇ: Azərbaycan cüdoçuları ilk gündə uğur qazana bilmədilər

17:23

"Karvan"ın hazırlıq planı bilindi

17:06

"Real Madrid" növbəti transferini rəsmiləşdirdi

16:48

"Milan" "Brügge"nin yarımmüdafiəçisini alır - MƏBLƏĞ

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:17

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

15:59

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X