21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya matçının hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, noyabrın 9-da baş tutacaq qarşılaşmanı Qazaxıstan təmsilçiləri idarə edəcək.
"Dalğa Arena”da keçiriləcək görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Alibek Aubakirov və Yevgeni Belski yardım edəcək. Bulat Sarıyev isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu saat 18:00-da başlayacaq.
Fanat.Az