Premyer Liqanın XI turunda keçirilmiş "Sumqayıt” – "Keşlə” (3:1) oyunu meydan sahiblərinin hücumçusu Amil Yunanov üçün əlamətdar olub. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gənc forvard "gənclik şəhəri” təmsilçisinin tarixinə düşüb.
Komandasının 2-ci qolunun müəllifi olan Yunanov cari mövsümdə Premyer Liqada toplarının sayını 5-ə çatdırıb. "9 nömrə” "Sumqayıt”ın heyətində 23-cü qoluna imza ataraq, bu komandanın sabiq üzvü Pərdis Fərcad-Azada (22 qol) məxsus rekordu yeniləyib.
Qeyd edək ki, 2015/2016 mövsümündən "Sumqayıt”ın şərəfini qoruyan Amil Yunanov həmin vaxt 12 qola, 2016/2017 mövsümündə isə 6 qola adını yazdırıb.
Fanat.Az