"Qalatasaray" "Göztəpə"nin futbolçusuna elçi düşüb. Fanat.Az xəbər verir ki, İstanbul klubu İzmir təmsilçisindən Adis Yahoviçi heyətinə qatmaq istəyir.
"Fanatik"in iddiasına görə, "Qalatasaray"la qış fasiləsində bu futbolçu üçün "Göztəpə"yə təklif göndərəcək. "Sarı-qırmızılılar" mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu heyətə qatmaqla hücum xəttini gücləndirmək istəyir.
Qeyd edək ki, Makedoniya millisinin üzvü "Göztəpə"də 11 qol vurub və Bafetimbi Qomislə birlikdə Super Liqanın bombardirlər yarışına başçılıq edir.
Fanat.Az