21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması noyabrın 14-də Kosovo ilə qarşılaşacaq. Fanat.Az xəbər verir ki, millimizin heyətində dəyişiklik edilib.
Belə ki, Almaniya ilə oyunda zədələnən Renat Dadaşov yığma komandadan ayrılıb.
Qeyd edək ki, Almaniya ilə oyun komandamızın 0:7 hesablı darmadağını ilə başa çatıb.
Fanat.Az