18:28 11.11.2017 1810

0:7-yə sözardı - YAZI

Nihat Ağasoy

 

Gəldilər, getdilər... Təəccübləndirmədilər. Ya 4-5 olacağını güman edirdik, ya 5-6. Birini də hamımıza Dövlət Bayrağı Günündə belə desək, bonus verdilər. U-21-in Almaniyaya evdə uduzmamaq ehtimalı yox idi. Ölkə futbolunun səviyyəsinə real dəyər verməyi bacaranlar uzağı təsəlli qoluna ümid bağlaya bilərdilər ki, o da alınmadı.

 

Bu yazıda aşağı yaş qrupları üzrə yığmalarda görülən işin səmərəsizliyindən, ölkə futbolundakı özbaşınalıqlardan danışmayacam. 21 yaşadək futbolçulardan qurulan komanda əsas yığmanın gələcəyidisə, nəticələr hər şeyi deyir. Bu il 7 oyuna çıxan U-21 eyni sayda yenilgi acısı dadıb. Bizimkilər orta hesabla hər oyunda 4,2 top buraxıb və qapısında gördüyü 30 qola 4 topla cavab verməyi bacarıb. Bu rəzalətə ad tapmaq üçün zəngin Azərbaycan türkcəsində durumu hərtərəfli əhatə edəcək, acı gerçəkliyin rəsmini çəkəcək söz yoxdu. Köklü problemi ortaya atıb "qamçılamaqla” da iş bitmir. Bütün hallarda, vəziyyətdən çıxış yolu tapılmalıdı. AFFA-dakı qıvrımsaç müəllimin – Bernard Lippertin aldığı maaş halalı deyil. Və həmin pulun faydasız, işini bilməyən əcnəbiyə verilməsində az ya çox rolu olanlar da "kreslo”sundan ikiəlli yapışan fərasətsizlər yığınıdı. "Şüşəli saray”dakılar niyə ziyanın yarısından qayıtmaq istəmir?

 

Yeni sistem yaradılacaqmı? Nə vaxt yaradılacaq? Yenisi indikindən nə ilə fərqlənəcək? Buna bənzər suallar ətrafında yəqin, ölkə futbolunun qaranlıq sabahını özünə dərd edənlərin hamısı düşünür. Problem o qədər qorxunc həddədi ki, başa qayıtmaqdan başqa variant qalmayıb. Oyunu "Qarabağ”dakı köməkçilərindən biriylə canlı izləyən əsas millinin çalışdırıcısı Qurban Qurbanovun işi lap çoxdu. Ürəkdən inandığı Allah səbr versin. Təki işin incəliyini anladıqca "tfu” deyib istefa qərarını açıqlamasın. Yoxsa, assosiasiyanın "pul kisəsinin” - Rövnəq Abdullayevin rəhbərliyi dönəmində öyrəşdiyimiz xaosdan qurtulmaq mümkün olmayacaq. Bəzən məndən ARDNŞ-nin prezidentini niyə tənqiddən kənarda qoyduğumu soruşurlar. Səbəbini hamı üçün bir daha açıqlayıram: Abdullayev möhür vurmaq, qol çəkmək və neftdən gələn gəlirin müəyyən hissəsini birinci əl kimi futbol təsərrüfatına yönəltmək üçün AFFA-ya təhkim edilib.


Alın yazım Norveç, İsveç və ya Hollandiya futbolundan yazmaq, çatışmazlıqlarını üzə çıxarmaq olsaydı, duruma Avropasayağı yanaşar, belə desək, buğdanı başqa dəyirmanın gözünə tökərdim. Rövnəq bəy lippertləri nə axtaran, nə tapan, nə də gətirib futbolumuzun boğazına pərçimləyəndi. Bütün günahlar vitse-prezident Elşad Nəsirovla əlbir işləyən baş katibdə - Elxan Məmmədovdadı. Nəsirovla Məmmədovun mentallıq, ümumi xarakter və Azərbaycan reallığıyla üst-üstə düşməyən utopik yenidənqurma siyasətinin sonu əvvəldən görünürdü. Robert Prosineçkini yola salmaqla böyük yenilgini boynuna alan komanda təbii ki, baş katib və vitse-prezidentdən ibarət deyil.


Adları çəkilənlərin kurasiyasında onlarla yardımçı fiqurlar, yüzlərlə qulbeçələr var. Sadə məntiqlə, futbolun dünənində adı olmayanların təfəkkürüylə yürüdülən siyasət fiaskoyla sonuclanıb. AFFA-da sağlam müxalifətin kökünün kəsilməsi, təkpartiyalılıq ab-havası formalaşdırılması, lazımsız komitələrin, şuraların yaradılması fərqli nəticə versəydi, təəccüblənərdim. İndi nə edək? Samir Ələkbərovun U-21-i meydana hansı taktika ilə çıxartdığından danışaq? Almanlar önündə ürkmüş bildirçin sürüsünü xatırladan gəncləri qısma-boğmaya salaq? Bəlkə həmin postda adı hallanan başqa namizədin - Elşad Əhmədovun sözügedən milliyə daha çox şey verə biləcəyini müzakirəyə çıxaraq? Gözlərinizi bir anlıq yumun və düşünün.

 

"Futbol+” qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

26 May 2025
23:57

DÇ: Qrup mərhələsinə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X