Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, "DÇ-2018"ə vəsiqə qazana bilməyən, son iki yoxlama oyununda Rumıniya və Albaniyaya uduzan komandanfn çalışdırıcısı Mirça Luçesku postunda qalacaq.
Albaniya itlə ilə oyundan sonra "İstefa verəcəksiniz?" sualına "yox" cavabı verən rumın mütəxəssisə TFF rəhbərliyi dəstək verib. Federasiya rəhbəri Yıldırım Demirören Luçeskunun komandanı "AVRO-2020"nin seçmə mərhələsinə hazırlamasını istəyir.
Qeyd edək ki, Türkiyə millisi rumın mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 6 oyunda 4 dəfə məğlub olub, 1 qələbə qazanıb, 1 heç-heçə edib, rəqib qapılarına 5 qol vurub, öz qapısında 12 top görüb.
Fanat.Az