İtaliya millisinin Dünya çempionatına qatıla bilməməsi ölkə iqtisadiyyatına böyük zərar vuracaq. Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro açıqlama verib.
Onun sözlərinə görə, italyanlar təkcə 60 il sonra Dünya çempionatından kənarda qalmağın acısını yaşamayacaqlar, böyük bir iqtisadi fəlakətlə qarşı-qarşıya qalacaqlar. Franko Karraronun fikrincə, ölkə iqtisadiyyatına 1 milyard avro ziyan dəyəcək: "Təxminən 500-600 milyon avroluq zərar olacaq. Lazım olan tədbirlər görülməsə ziyan 1 milyard avroya çata bilər".
İtaliya Futbol Federasiyasının prezidenti Karlo Taveççionun gələcəyi haqqında danışan Franko Karraro "48 saat vaxt istəyib. Güzgüyə baxmaq və vəziyyəti dəyərləndirmək məcburiyyətindədi. Psixoloji vəziyyətin uyğun olduğunu düşünsə, postunda qala bilər" deyib.
Fanat.Az