Peşəkar Futbol Liqası sentyabr ayının 5 ən yaxşı qolunu təqdim edib. Fanat.az xəbər verir ki, qurum "Bakı"dan Əfran İsmayılovla Mindauqas Kalonasın, "Simurq"dan Stepan Polyakın, "Xəzər Lənkəran"dan Deyvid Sakkoninin və AZAL-dan Cavid Tağıyevin qollarını fərqləndirib. PFL-in rəsmi saytında keçirilən sorğuda ötən ayın ən yaxşı qolu müəyyənləşdiriləcək.