"Qalatasaray"ın futbolçusu Badou Ndiayeyə İngiltərədən təklif gəlib. Fanat.Az xəbər verir ki, seneqallı futbolçunu "Nyukasl" heyətinə qatmaq istəyir.
Bildirilir ki, Premyer Liqa klubunun rəsmi təklifi artıq hazırdı. "Nyukasl" 27 yaşlı yarımmüdafiəçi üçün "Qalatasaray"a 18 milyon funt-sterlinq (92 milyon lirə) təklif edir. Bu rəqəm hər iki klub üçün rekord olacaq. Belə ki, indiyədək nə "Qalatasara" bu qiymətə futbolçu satıb, nə "Nyukasl" bu qiymətə futbolçu alıb.
Qeyd edək ki, "Qalatasaray" Badou Ndiayeni yayda 7,5 milyon avroya alıb.
Fanat.Az