Daha iki dünya ulduzu Türkiyə Super Liqasına transfer oluna bilər. Fanat.Az xəbər verir ki, bunlardan biri Xavyer Pastoredi.
Argentinalı yarımmüdafiəçi "Fənərbaxça"nın maraq dairəsindədi. PSJ "Maliyyə Fair Playı" qaydalarında ilişməməmk üçün 70 milyon arvoluq oyunçu satmalıdı. Fransa mətbuatının iddiasına görə, klub rəhbərliyi bu məqsədlə Angel Di Maria, Xavyer Pastore, Lukas Moura və Hatem Ben Arfanı satmaq istəyir. Bu futbolçulardan Xavyer Pastoreni "Fənərbaxça" heyətinə qatmaq istəyir. Klub prezidenti Aziz Yıldırım hazırda bu transferin baş tutması üçün çalışır.
Qeyd edək ki, PSJ Xavyer Pastoreni 2011-ci ildə "Palermo"dan 42 milyon avroya alıb.
Daha bir ulduz futbolçunu isə "Beşiktaş" heyətinə qatmaq istəyir. İddialara görə, "Qara Qartal" "Bavariya"dan Rafinyanı hədəf alıb.
32 yaşlı ulduzun Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. "Beşiktaş" onu yanvarda heyətinə qatmaq niyyətindədi.
Qeyd edək ki, Rafinya "Bavariya"ya 2011-ci ildə "Cenoa"dan 5,5 milyon avroya transfer olunub.
Fanat.Az