İngiltərə Premyer Liqasında XII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi" "Vest Bromviç"in qonağı olub.
London klubu səfərdə 4:0 hesablı qələbə qazanıb. "Çelsi"inin heyətində Eden Hazar dubl edib, Markos Alonso və Alvaro Morata hərəyə bir qol vurub.
Qeyd edək ki, "Çelsi" 12 turdan sonra 25 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Mançester Siti"dən 9 xal geri qalır.
Onu da qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Fanat.Az