Məsut Özil "Barselona"ya keçir. Fanat.Az xəbər verir ki, bu iddia ilə İngiltərə mediası çıxış edib.
Həmkarlarımız iddia edir ki, "Liverpul"dan Filipe Koutinyonu transfer edə bilməynə və alternativ axtarışında olan Kataloniya klubu Məsut Özili hədəfə alıb. Türk əsilli futbolçu "Arsenal"dan ayrılmaq istəyir. "Barselona" isə onun əvəzində Andre Qomes və müəyyən qədər pul İngiltərə klubuna təklif edir.
Qeyd edək ki, Məsut Özil 2013-cü ildə "Real"dan "Arsenal"a 47 milyon avroya transfer olunub.
Fanat.Az