"Beşiktaş" Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu növbəti mərhələyə vəsiqəni V turda təmin edib.
Bu gün doğma meydanda "Portu"nu qəbul edən "Beşiktaş" 1:1 hesablı heç-heçəyə razılıb. Hesabı 29-cu dəqiqədə qonaqlardan Felipe açıb. 41-ci dəqiqədə isə Anderson Talişka bərabərliyi təmin edib.
Bununla da "Beşiktaş" xal hesabını 11-ə yksəldib. Ən yaxın izləyicisi "Portu"nu 4 xal qabaqlayan İstanbul klubu sona bir tur qalmış 1/8 finala vəsiqəni və birinci pilləni təmin edib.
Fanat.Az