Çempionlar Liqasında V turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, "Real" ötən gecə APOEL-i qəbul edib.
"Kral Klubu" 6:0 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqə əldə edib. "Real"ın heyətində Kriştiano Ronaldo və Kərim Benzema dubl edib, Naço və Luka Modriç hərəyə bir qol vurub.
Qrupun digər oyununda artıq 1/8 finala vəsiqəni təmin etmiş "Tottenhem" səfərdə "Borussiya"ya (Dortmund) qalib gəlib - 2:1. İngiltərə klubunun qollarına Harri Keyn və Son Heunq-Min imza atıb. "Borussiya"nın təsəlli qolunu isə Pyer-Emerik Aubameyanq vurub.
Fanat.Az