"Monako" "Trabzonspor"un gənc futbolçusuna elçi düşüb. Fanat.Az xəbər verir ki, Fransa klubu 20 yaşlı Yusuf Yazıçını heyətinə qatmaq istəyir.
"Lion", "Borussiya" (Dortmund) və "Mançester Yunayted"in də maraq dairəsində olan gənc futbolçunun transferi üçün "Monako" artıq konkret addımlar atmağa başlayıb. Knyazlıq klubunun Yusuf üçün "Trabzonspor"a 74 milyon lirə (16 milyon avro) təklif etməyə hazırlaşdığı bildirilir.
Bu transfer reallaşsa, Yusuf Türkiyədən Avropaya gedən ən bahalı futbolçu olacaq.
Fanat.Az