"Real"ın ulduzu Kriştiano Ronaldo PSJ-yə keçə bilər. Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Paris klubu ilə danışınlar aparır.
İddia olunur ki, 32 yaşlı hücumçu ilə "Real"ın prezidenti Florentino Peres arasında narazılıq yaranıb və o, məhz bu səbəbdən klubunu dəyişmək istəyir. Bildirilir ki, PSJ rəhbərliyi ilə Ronaldo arasında Madriddəki otellərin birində görüş baş tutub. Fransa klubunun nümayəndələri futbolçuya bütün istəklərinin həyata keçiriləyini bildiriblər.
Qeyd edək ei, "Real" Ronaldonu 2009-cu ildə "Mançester Yunayted"dən 94 milyon avroya alıb. İldə 21 milyon avro maaş alan porutaqiyalının "Kral Klubu" ilə mövcud müqaviləsi 2021-ci ildə başa çatacaq.
Onu da qeyd edək ki, "Real"ın PSJ-dən Neymarı 450 milyon avroya heyətinə qatacağı iddia olunur. Fransa klubu braziliyalını bu yay "Barselona"dan 222 milyon avroya transfer edib.
Fanat.Az