Həvəskar səviyyəli İrlandiya Müttəfiq Respublikalar Liqası çərçivəsində baş tutan "Mallinqar Taun” – "Horslip” (3:1) görüşündən sonra futbolçular hakimə hücum çəkib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, ədalət təmsilçisi Deniel Svinini matçın ardından güdən 3 futbolçu və 1 fanat onu əzişdirib. Hakimin çənəsi bir neçə yerdən sındırılıb. Almacıq sümüyü də qırılan fit sahibinin bədəninin digər yerlərində də çoxsaylı xəsarətlər var.
"Mallinqar Taun” klubu 3 futbolçusunun içtirakıyla baş verən hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Fanat.Az