"Barselona"da heyətə düşə bilməyən Arda Turanla bağlı daha bir xəbər yayılıb. Fanat.Az xəbər verir ki, növbəti iddia ilə İngiltərənin "The Sun" qəzeti çıxış edib.
İngilis jurnalistlərin əldə etdiyi məlumata görə, "Barselona" baş məşqçi Ernesto Valverdenin şans vermədiyi türk futbolçudan Məsut Özilin transferində istifadə etmək istəyir. Kataloniya klubu Arda Turan və müəyyən məbləğdə pul ödəməklə Almaniya yığmasının türk əsilli üzvünü heyətinə qatmaq niyyətindədi.
Fanat.Az