"Barselona"nın argentinalı superulduzu Lionel Messini ölkəsində olan heykəlinə 2-ci dəfə hücum olub.
Fanat.Az xəbər verir ki, paytaxt Buenos Ayresdə bir meydanda olan heykəlin ayaqları kəsilib. Argentinalı futbolçunun heykəli, hələ yanvar ayında da hücuma məruz qalmış və ortadan ikiyə ayrılmışdı.
Messinin və bir çox argentinalı idmançının heykəlinin olduğu meydanda bu hücumun kim tərəfindən gerçəkləşdirildiyi bilinmir.
Fanat.Az