"Bəyaz TV"də yayımlanan "Bəyaz Futbol" proqramının yeni şərhçisi, sabiq "Qalatasaray"lı Ergün Penbe iddialı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, Penbe ötən həftə "Qalatasaray" rəhbərliyi ilə Fatih Terim arasında görüş olduğunu bildirərək, "Sarı-qırmızı" camiədə həyəcan dalğası yaratmışdı.
Sabiq futbolçu dünən daha dəqiq ifadələr işlədib. Klub rəhbərliyi ilə Terimin böyük ölçüdə razılaşdığını önə sürən Penbe klubun Terimlə əlaqədar açıqlama verəcəyini bir problem çıxmayacağı halda gələn həftə "Akhisar"la oyunda komandanı meydana baş məşqçi kimi çıxaracağını iddia edib.
Fanat.Az