"Çelsi" Eden Hazardı heyətində saxlamaq üçün bütün variantlardan istifadə edir. Fanat.Az xəbər verir ki, London klubu belçikalı ulduza yeni müqavilə təklif edib.
Həmin müqaviləyə əsasən futbolçu həftədə 300min funt-sterlinq qazana bilərdi. Lakin Hazard təklifi qəbul etməyib.
"The Sun"un xəbərinə görə, belçikalı futbolçu tezliklə "Real"a transfer olunacaq."Kral Klubu"nun bu transfer üçün "Çelsi"yə ən azı 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, Eden Hazard bu mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı iki oyun keçirib. Londonda baş tutan ilk oyunun 65-ci dəqiqəsində meydana çıxan belçikalı futbolçu Bakıdakı matçda 65 dəqiqə oynayıb və 21-ci dəqiqədə penaltidən qol vurub. O, həmçinin 36-cı dəqiqədə Villianın vurduğu qolun ötürməsini verib.
"Çelsi" ilə 2020-ci ilədək müqaviləsi olan Hazard cari mövsümdə meydana çıxdığı 19 rəsmi oyunda 8 qol vurub. London klubu onu 2012-ci ildə "Lill"dən 35 milyon avroya alıb.
Fanat.Az