Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, "Beşiktaş" son oyunda "Leyspiq"in qonağı olub.
Oyun Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Beşiktaş"ın heyətində Alvaro Neqredo və Anderson Talişka fərqlənib. "Leyspiq"in qoluna isə Nabi Keyta imza atıb.
14 xalla qrupu birinci pillədə başa vuran "Beşiktaş" tarixi uğura imza atıb. "Qara Qartal"lar qrupu ən çox xalla və birinci bitirən ilk türk klubu olub.
Fanat.Az