David Manqa "Zirə"ni tərk etməyə haırlaşır. Fanat.Az xəbər verir ki, fransalı futbolçu bu barədə "Neftçi" ilə kubok oyunundan sonra amıqlama verib.
Oyunun 79-cu dəqiqəsində meydana çıxan və komandasına qələbə qazandıran qola imza atan 28 yaşlı hücumçu heyətdə az yer almasından narazıdı və hər şeyə "Neftçi" ilə oyundan sonra aydınlıq gələcəyini bildirib: "Mən hələ "Zirə"nin bir parçasıyam. Klubla müqaviləm davam edir. Bu barədə danışmaq tez olardı. "Neftçi" ilə cavab oyunundan sonra görəcəyik. Hələ qış fasiləsi də var".
"Problem bundadı ki, Premyer Liqaya yaxşı başlamadım. Uyğunlaşma çox ləng getdi. Belə bir vəziyyətdə ən yaxşısı getməkdi" deyə Manqa bildirib.
Qeyd edək ki, fransalı futbolçu cari mövsümdə Premyer Liqada 8-i start heyətində olmaqla 13 matçda forma geyinib və 635 dəqiqə oynayıb. Kubokda isə 2 oyunda 101 dəqiqə forma geyinərək 1 qola imza atıb.
Fanat.Az