"Barselona” qış fasiləsində Kolumbiya yığmasının futbolçusu Erri Minanı transfer edəcək.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi hazırda Braziliyanın "Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçi üçün 9 milyon avro ödəyəcək.
Keçidin yanvarda baş tutmasının səbəbi komandanın digər müdafiəçiləri – Samüel Umtitinin zədəli, Xavyer Maskeranonun isə gələcəyinin qeyri-müəyyən olmasıdır.
Qeyd edək ki, Mina daha əvvəl vətənində "Deportivo Pasto” və "Santa-Fe” komandalarında çıxış edib.
Fanat.Az