"Real" bu yay komandanı tərk edən Pepeni geri qaytarmaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddia olunur ki, "Kral Klubu" portuqaliyalı stoperi geri qaytarmaq üçün futbolçunun meneceri Xorxe Mendeslə görüşüb. La Liqada "Barselona"dan 8 xal geri düşən "Real"da mərkəz müdafiəçilərindən Rafael Varane zədələnib. Bundan sonra klub rəsmiləri Mendesə zəng edərək Pepenin vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, Pepe 2007-ci ildə "Portu"dan "Real"a 30 milyon avroya transfer olunub. O, bu yay müqaviləsi başa çatdığı üçün "Beşiktaş"a transfer haqqı ödənmədən keçib.
Fanat.Az