AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Keşlə” - "Kəpəz” matçında meydan sahiblərininin 5, "Zirə" - "Neftçi" görüşündə ev sahiblərinin 4 futbolçusu sarı aldığından hər iki klub 800 manat cərimələnib.
"Qarabağ” - "Sumqayıt” matçının 88-ci dəqiqəsində meydandan qovulan qonaqların qapıçısı Fərhad Vəliyev 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.
Fanat.Az