Millimizin sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovina yığmasının baş məşqçi postuna əsas namizəd olub.
Fanat.Az xəbər verir ki, Bosniya və Herseqovina Futbol Federasiyasının Fatih Terimlə danışıqları uğursuz nəticələnib. Bu səbəbdən federasiya yenidən Prosineçki variantına qayıdıb. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiç çıxış edir.
Fanat.Az