14:53 15.12.2017 2698

Riad Rəfiyevin futbol imperiyası

AFFA-nın baş seleksiyaçı, milli komandaların meneceri – bu iki postu eyni adam tutur - Riad Rəfiyev. O, ölkə futbolunda az qala hər yerə nüfuz edə bilir.

Lazımsız futbolçuların milliləşdirilməsində, AFFA-dan maliyyələşən klublara futbolçu transferində, yığmaların toplanışlarının təşkilində böyük rol oynayan Riad onların hamısından öz faizini qazanmaqla həyatını təmin edir. Müəllim, alim, həkim il ərzində 3-4 min manatı dayanmadan çalışmaqla qazana bilmədiyi halda, bu cavan oğlanın həftəlik qazancı bu qədərdi.

Buna istedadı, bacarığı sayəsində nail olsaydı, heç kim ona irad tuta bilməz, hətta alqışlayar, nümunə götürərdi. Lakin iş ondadı ki, Rəfiyevə bu imkanları dost-tanışları qazandırır. Görülən işin keyfiyyətini isə statistika göstərir. Təkcə 1 milyon avro qarşılığında milli komandaya gətirilən, indi isə heç kimə lazım olmayan Eddi İsrafilov faktı kifayətdi.

Milli komandalardakı məlum dəyişikliklərdən sonra Rəfiyevin vəziyyəti çətinləşib. Yeni gələnlər illərdi milli komandanı zəbt edən bu cavan oğlanla işləmək istəmir, o isə qaz vurub, qazan doldurduğu iş yerini kimsəyə güzəştə getmək niyyətində deyil. Bu səbəbdən əlaqələrini işə salıb.

Xahişlərin nə ilə nəticələnəcəyi, Rəfiyev haqda hansı qərar veriləcəyi bizim işimiz deyil, özləri bilər. Amma ən maraqlısı odur ki, Riadın bütün fəaliyyəti qeyri-peşəkarlıqdı. AFFA-da, milli komandalarda çalışan birinin klubların işinə müdaxiləsi, oyunçu transferlərinə qarışması doğru deyil, əksinə, onun cəzalandırılması üçün ciddi əsasdı. Amma sanki Allahın bacısı oğlu imiş kimi, ona hər cür imkan yaradılır.

AFFA-da, xüsusilə milli komandalarda çalışan birinin futbolçularla maddi anlamda bağlılığı yolverilməzdi. Bu, sabah hansısa məsələdə maraqların toqquşmasına gətirib-çıxaracaq, hansısa dilemma qarşısında olanda müştərisi olduğu üçün, Rəfiyevin futbolçusuna üstünlük qazandıracaq. Şəxsi münasibətlər üzündən klubunda heyət üzü görməyən bir çox oyunçunun milliyə dəvət aldığını, heyətə buraxıldığını görmüşük. Xorvatiyada 2-ci liqada heyət üzü görməyən Elnur Cəfərovun oyun praktikası olmaya-olmaya  U-21-də start heyətinə düşdüyü vaxtlar uzaq keçmişdə yaşanmayıb. Çünki o, Riadın futbolçusu idi, bu agent ondan pul qazanırdı, millinin Farer adalarını udmamağı kimsənin vecinə deyildi.

Avropada belə şeylər qətiyyən mümkün deyil. Hansısa agentin milli komandada, federasiyada çalışması faktı aşkarlansa, onu topa tutarlar, bizdə isə...

Riad heç bir futbolçuyla əlaqəsi olmadığını, transferlərə qarışmadığını iddia edə bilər. Elə bu səbəbdən bəzi faktları sadalamağa məcburuq.



Araz Abdullayev, Pavel Paşayev, Namiq Ələsgərov, Yusif Nəbiyev, Elvin Bədəlov, Dmitri Nağıyev, Elnur Cəfərov, Adil Nağıyev, Rəhman Hacıyev – bu futbolçular rəsmən Rəfiyevin rəhbərlik etdiyi transfer şirkətinin müştəriləridi. Xarici klublar öz yerində, güman ki, "Neftçi” 3, "Zirə” 2 futbolçusunun müqaviləsinin detallarını açıqlasa, Rəfiyevin bu oyunçularla müqavilə bağlanarkən nə qədər agent haqqı aldığını öyrənə bilərik. Xüsusilə "Neftçi”də qara mühasibatlıq yoxdu və bu klub futbolçularla yanaşı, agentlərə də nə qədər pul ödədiyini sənədləşdirir.

Adları çəkilənlər hamısı ya milli üzvləri, ya da potensial namizədlərdi. Və onlar Rəfiyevin şirkətinin rəsmi müştəriləridi.

Hər şey qanunauyğun olsaydı, Riad "3R Sports Management” şirkətinin ona məxsus olduğunu gizlətməz, əksinə, bununla fəxr edər, bunu uğuru kimi gözə soxardı. Amma o, şirkəti dostu Tural Cəfərzadənin adına qeydiyyatdan keçirib.

"3R Sports Management” – buradakı 3R-in açması da məntiqlidi: Rəfiyev Riad Rasim oğlu. Şirkətin ünvanı kimi göstərilən "Mehdi Hüseyn, 82” də AFFA işçisini "ələ verir”. Çünki həmin ünvanda "Riad Tour” da yerləşir – hansı ki, rəhbəri bu cavan oğlanın bacısı Nigar Rəfiyevadı.

Bu, Azərbaycan futbolunun eybəcərlikləri ilə bağlı faktlardan yalnız biridi. Bir qrup insan futbol təsərrüfatını ələ keçirib, az qala bütün sahələrə nüfuz edərək, qazanc gətirən sahələri monopoliyalarına alıblar. Ortada uğur olsa, dərd yarı idi. Əksinə, illərdi milli komandalar səviyyəsində heç bir nəticə qazanılmır, futbolumuz geri gedir, biabırçı nəticələr sıralanır, bu insanların varidatı isə şişir – dövlətin milyonlarının dağıdılması hesabına.

Mənbə: Futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X