Xəbər verdiyimiz kimi, 2010-cu ildən "Barselona"nın formasını geyinən Xavyer Maskerano komandanı tərk etməyə hazırlaşır. İspaniya mətbuatının iddiasına görə, artıq argentinalı ulduzun yeni klubu da bəllidi.
Fanat.Az "Diario Sport"a istinfadən xəbər verir ki, Maskerano Çinin "Hebei Fortune" klubuna keçəcək. Çin təmsilçisi "Barselona"ya 6 milyon avro transfer haqqı ödəyəcək. Futbolçunun özünə veriləcək məbləğ açıqlanmır. Amma Maskeranonun məhz bu məbləğə görə Çindən gələn təklifi qəbul etdiyi deyilir.
Qeyd edək ki, "Barselona" Maskeranonu 2010-cu ildə "Liverpul"dan 20 milyon avroya transfer edib. Argentinalı ulduz Kataloniya klubu ilə La Liqanın (4 dəfə), "Kral Kuboku"nu (4), İspaniya Super Kubokunu (3), Çempionlar Liqasını (2), Avropa Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (2) qazanıb.
Fanat.Az