"Qarabağ" Elşən Abdullayevi icarəyə verir. Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu "Zirə"yə keçəcək.
"Qarabağ"da heyətə düşməkdə çətinlik çəkən Elşən mövsümün sonunadək "Zirə"nin formasını geyinəcək. Keçid bu həftə reallaşacaq.
Qeyd edək ki, Elşan Abdullayev cari mövsümdə "Qarabağ"ın heyətində 6 rəsmi oyuna çıxaraq 373 dəqiqə oynayıb.
Fanat.Az