"Dəniz Yılmazın komandadan getməsini istəyirik". Fanat.Az xəbər verir ki, bu sözləri "Bursaspor"un prezidenti Ali Ay deyib.
Bundan əvvəl bir neçə dəfə heyətdən kənarlaşdırılsa da, sonradan bağışlanan millimizin üzvü yenə də komandadan kənarlaşdırılıb. Klubundan FIFA-ya şikayət edən, ötən həftə isə xəbərdarlıq məkbutu göndərərək bir gün ərzində bir milyon lirəlik borcunu alan Dənizin bu dəfə bağışlanmaq ehtimalı yoxdu. Klub prezidenti bu barədə qəti danışıb:
"Hazırda peşəkar olaraq bizim futbolçumuzdu. Klubdan göndərməmişik, amma komanda ilə məşq edə bilməz. Bu iş bitdi. Bundan sonra heyətə düşə bilməz. Onsuz da oynamayacağı üçün özü komandadan getmək istəyəcək.
Fanat.Az