Uzun müddətdi "Qalatasaray"a qayıdacağı deyilən Arda Turan gözlənilməz qərar qəbul edib. Fanat.Az xəbər verir ki, bu barədə "Habertürk" qəzeti məlumat yayıb.
İddia olunur ki, Talişkanın Çinə getmək ehtimalını nəzərə alan "Beşiktaş" Ardaya elçi düşüb və təklifini futbolçuya çatdırıb. "Barselona"nın türk ulduzu isə artıq təklifi qəbul edib.
"Beşiktaş"ın məqsədi futbolçunu mövsümün sonunadək icarəyə götürməkdi. Ardanın özünün və ailəsinin "Qalatasaray"dan incik olduğu üçün bu addımı atdığı deyilir.
Fanat.Az