"Zirə”nin qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun komandası yanvarın 19-da "Keşlə” ilə qarşılaşacaq. Oyunun keçirilmə yeri və saatı hələ dəqiqləşməyib.
Bundan sonra 1 günlük istirahətə buraxılacaq komanda yanvarın 21-də Türkiyəyə yola düşəcək.
"Qartallar” Antalyada daha 3 yoxlama oyunu keçirəcək.
Fanat.Az