"Mançester Yunayted" "Çelsi"dən Eden Hazardı transfer edir. Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun israrla istədiyi belçikalı ulduz üçün klub rəhbərliyi artıq hərəkətə keçib.
"The Sun"un iddiasına görə, "Mançester Yunayted" "Çelsi"yə 100 funt-sterlinq (113 milyon 128 min avro) ödəməyə hazır olduğunu bildirib. Belçikalı futbolçu London klubu ilə 2020-ci ilədək müqaviləsi var. Amma o, mövsümün əvvəlində klubun etdiyi 4 illik müqavilə və həftəlik 350 min avro maaş təklifini rədd edib.
Hazardı "Mançester Yunayted"dən başqa "Real" və PSJ-nin də istədiyi bildirilir.
Qeyd edək ki, "Çelsi"nin 2012-ci ildə "Lill"dən 35 milyon avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 75 milyon avro qiyiət qoyub. Hazard cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı iki oyun keçirib. Londonda baş tutan ilk matçın (6:0) 58-ci dəqiqəsində meydana çıxan futbolçu Bakıdakı görüşdə (4:0) 65 dəqiqə oynayıb və 21-ci dəqiqədə penaltidən hesabı açıb, 36-cı dəqiqədə isə Villiana ikinci qolun ötürməsini verib.
Fanat.Az