"Zirə”nin Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Polşa və Rusiya komandaları ilə üz-üzə gələcək.
Ayxan Abbasovun yetirmələri yanvarın 27-də "Krakoviya” ilə oyunda güclərini sınayacaqlar. Ayın 30-da isə Rusiyanın I divizion təmsilçisi "Avanqard”la görüş baş tutacaq.
Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Bu oyun haqqında məlumat qarşıdakı günlərdə veriləcək.
Fanat.Az