17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.Az xəbər verir ki, millimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında ilk matçda qüvvəsini sınayıb.
Futbolçularımız BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb. Görüşdə yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abulaşvili və Minarə Gözəlova vurub.
Fanat.Az