Məqsəd İsayev "Neftçi"dən ayrılıb. Fanat.Az aut.az-a istinadən xəbər verir ki, müdafiəçinin yeni klubu artıq müəyyənləşib.
23 yaşlı futbolçu karyerasını "Keşlə"dədavam etdirəcək. O, artıq yeni klubu ilə razılıq əldə edib və rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Məqsəd İsayev karyerası ərzində yalnız "Neftçi"də çıxış edib.
"keşlə" daha bir transfer edib. Belə ki, paytaxt klubu "Səbail"dən ayrılan Amit Quluzadəni heyətinə qatıb.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü karyerası ərzində "Neftçi", "Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko CP" (Portuqaliya), "Sumqayıt" və AEL (Yunanıstan) klublarında oynayıb.
Fanat.Az