"Barselona" uzun müddətdi heyətinə qatmaq istədiyi Filip Kountinyodan əl çəkmir. Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Liverpul"un formasını geyinən futbolçunun transferi üçün növbəti həmləni edib.
İngiltərə klubu yayda "Barselona"nın 130 milyon avroluq təklifini rədd etmişdi. "Sport"un məlumatına görə, kataloniyalılar bu dəfə 150 milyon avro təklif edib. Futbolçunun özünə isə 5 illik müqavilə təklif olunub. Braziliyalı ulduz bu müddətdə 60 milyon avro qazanacaq.
Fanat.Az