"Keşlə” Mirsahib Abbasovla vidalaşmağa hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi "Sumqayıt”ın heyətinə qatmaq istədiyi Mirsahibi havayı buraxmağa hazırdı. Belə ki, mövsümün sonuna qədər bakılılarla müqaviləsi olan yarımmüdafiəçiylə qarşılıqlı razılıq əsasında yollar ayrılacaq. Səbəb 1993-cü il doğumlu Abbasovun potensialını tam aça bilməməsi və qeyri-sabit oyunudu.
Fanat.Az