"Qalatasaray" Fatih Terimlə müqavilə bağlayıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub müqavilənin detallarını da açıqlayıb. Anlaşmanın müddəti 1,5 il üçün nəzərdə tutulub. "Qalatasaray" Fatih Terimə 2017/18 mövsümünün ikinci yarısında 1 milyon avro, 2018/19 mövsümündə isə 2 milyon avro maaş verəcək. Komanda çempion olacağı halda "İmperator" 500 min avro qazanacaq.
Fanat.Az