"Əlimi daşın altına qoymağımın lazım olduğunu bildiyim üçün dönmək qərarı verdim. Tələsməməliyik, amma görüləcək çox işimiz var. Daha öncə qazandığımız uğurlardan daha artığını qazanmalıyıq. Möhtəşəm azarkeşlərimizlə birləşdiyimiz zaman çox böyük işlər görəcəyimizə inanıram". Fanat.Az xəbər verir ki, bu sözləri "Qalatasaray"la müqavilə imzalayan Fatih Terim deyib.
"İmperator" istefaya göndərilən İqor Tudora təşəkkür edib: "Həmkarıma gördüyü işlərə görə təşəkkür edirəm. Mən "Qalatasaray"ın qapısından içəri girliyim andan necə davrandımsa, elə davrandım. Klub prezidenti mənə zəng edən zaman harda görüşmək istəyərsə ora gedərəm. İnsana klubunun prezidentindən hər gün zənggəlmir. Zəng gəldiyi üçün çox sevindim".
Terim bazar günü oynanılacaq "Göztəpə" matçı baradə də danışıb: "İki gün sonra rəngdaşımız "Göztəpə" ilə qarşılaşacağıq. Mövsümün güclü komandalarından biridi. Mən də ilə məşqə çıxdım. Zamanımız var, amma çox deyil. Əskikləri aradan qaldırmaq üçün çalışacağıq. Heyətdə 20 oyunçu yer alıb və əskiyimiz var. Sol cinah oyunçusu yoxdu. Solaxay sağ cinah müdafiəçimiz də yoxdu. Olan da əməliyyat olunub. Heyətdən birini burda oynadacağıq. Məcbur olmadıqca, solaxay olmayan birini sol cinahda oynatmıram, amma indi buna məcburuq. Yetər ki, bazar gününü itkisiz başa vuraq".
Mütəxəssis ötən gecə "Twitter"dən yaydığı "Harda qalmışdıq... "Qalatasaray" mesajı barədə də danışıb: "Bu qızlarımın fikri idi. Ötən il "Bir gün geri dönərsən belə bir paylaşım edərik, unutma" demişdilər. Klub prezidentinə "İcazə versəniz belə paylaşım edim" dedim. "Twitter"dən istifadə etmirəm, amma məcbur olduqca yararlanıram. Ümid edirəm ki, bundan sonra tez-tez istifadə edəcəm.
Terim iki futbolçunun heyətə qaytarılacağını bildirib: "Hakan Balta olsaydı, sol cinahda oynayardı. Amma adı heyətə salınmayıb. İkinci yarıda oynaya biləcək. Nigel de Yonqu da çağırdıq. Komandaya qoşulacaq".
Fanat.Az