"Keşlə”nin gələn həftə müqavilə imzalamağa hazırlaşdığı Yuri Maksimovla rəhbərlik arasında fikir ayrılığı yaranıb.
Fanat.Az xəbər verir ki, ukraynalının özüylə gətirmək istədiyi 3 həmyerlisi üçün tələb olunan maaş Bakı təmsilçisinin idarəçilərinə çox görünüb. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov mütəxəssisə yalnız büdcəyə uyğun transferlər edə biləcəklərini çatdıraraq onu məyus edib. Mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qol çəkməyə hazırlaşan çalışdırıcının hansı addımı atacağı maraq doğurur.
Fanat.Az