"Real" Məhəmməd Salahı transfer edir. Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, "Liverpul" 25 yaşlı futbolçunun menecerinə "Kral Klubu" ilə danışıqlara başlamağa icazə verib.
Artıq transferin məbləği də açıqlanıb. İddialara görə, "Real" Misir yığmasının üzvü üçün "Liverpul"a 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Liverpul" Salahı yayda "Roma"dan 42 milyon avroya alıb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 27 rəsmi oyunda 21 qol vurub.
Fanat.Az