Saşa Yunisoğlunun yeni klubu müəyyənləşib. Fanat.Az aut.az-a istinadən xəbər verir ki, millimizin sabiq üzvü I divizionda çıxış edəcək. 32 yaşlı müdafiəçi "Qaradağ Lökbatan"la anlaşıb.
Qeyd edək ki, Saşa Yunisoğlu karyerası ərzində "Neftçi", "İnter" (indiki "Keşlə"), "Bakılı", "MKT Araz", "Bakı", "Qəbələ", AZAL (indiki "Şüvəlan"), "Sumqayıt", "Araz Naxçıvan" və "Rəvan"la yanaşı, Polşanın "Diskobolia", "Poloniya" və Türkiyənin "Dənizlispor" klublarında çıxış edib. Son olaraq 2016/17 mövsümündə I divizionda "Səbail"in formasını geyinən müdafiəçi 2007-2011-ci illərdə Azərbaycan millisində 28 oyun keçirib.
"Qaradağ Lökbatan" Ramazan Abbasovu da heyətinə qatıb. Milli komandamızın sabiq üzvünün "Qaradağ Lökbatan"da çıxış edəcəyi dəqiqləşib.
Qeyd edək ki, Ramazan Abbasov karyerası ərzində "Bakı", MOİK, "Neftçi", "Xəzər Lənkəran", "Kəpəz", "Rəvan", "Sumqayıt", "Səbail" və "Göyçə"də çıxış edib. Yarımmüdafiəçi 2006-2007-ci illərdə milli komandamızda 9 oyun keçirib.
Fanat.Az