"Beşiktaş" Zlatan İbrahimoviçi transfer edir. Fanat.Az xəbər verir ki, bu iddia ilə "A Spor"un şərhçisi Erman Toroğlu çıxış edib.
Onun sözlərinə görə, "Beşiktaş"ın prezidenti Fikret Orman Cenk Tosunu yaxşı qiymətə satacaqları halda İbrahimoviçi transfer edəcəyini bildirib.
Cenkə İngiltərənin "Everton" klubundan 20 milyon avro təklif gəlib. İddialara görə, "Beşiktaş" onu sataraq "Mançester Yunayted"dən İbrahimoviçi transfer etmək istəyir.
Fanat.Az