22:56 11.10.2013 761

2 qolla 2 pillə irəli

Bu gün milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində nöbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız Şimali İrlandiyanı qəbul edib.

"Bakcell Arena"da keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə Rüfət Dadaşov açıb. O, Rauf Əliyevin ötürməsindən sonra topu rəqib qapısından keçirib. 90+4-cü dəqiqədə Conatan Evans cərimə meydançası yaxınlığında Rauf Əliyevə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Təyin olunan cərimə zərbəsini isə Mahir Şükürov qola çevirib.

Bu Azərbaycan və Şimali İrlandiya yığmaları arasında dördüncü qarşılaşma olub. Komandalar ilk dəfə DÇ-2006-nın seçmə mərhələsində eyni qrupa düşüblər. 2004-cü ilin 9 oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Həmin vaxt millimizi Karlos Alberto Torres çalışdırırdı. 2005-ci ilin 3 sentyabrında Besfaltdakı "Vindsor Park" stadionda baş tutan cavab qarşılaşmasında britaniyalılar 2:0 hesablı qələbə qazanıb. Bu oyunda millimizi meydana Vaqif Sadıqov çıxarıb. DÇ-2014-ün seçmə mərhələsinin ötən ilin 14 noyabrında "Vindsor Park"da keçirilən ilk oyunu isə 1:1 hesabı ilə başa çatıb. Rauf Əliyev 5-ci dəqiqədə hesabı açıb, 90+6-da isə David Heali bərabərliyi təmin edib. Bu gün millimiz ilk dəfə bu rəqib üzərində qələbə qazanıb.

Qeyd edək ki, bu yığmamızın DÇ-2014-ün seçmə mərhələsində ilk qələbəsi olub. 8 oyunun 1-də qələbə qazanan, 5-də heç-heçə edən və 3 dəfə uduzan Berti Foqtsun yetirmələri 8 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız seçmə mərhələnin son oyununu 4 gün sonra Bakıda Rusiyaya qarşı keçirəcək.

DÇ-2014
Seçmə mərhələ
F qrupu

Azərbaycan - Şimali İrlandiya 2:0
Qollar: Rüfət Dadaşov, 58. Mahir Şükürov, 90+5.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 8. Qara Qarayev, 10. Rüfət Dadaşov (2. Bədavi Hüseynov, 90+3), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Araz Abdullayev (9. Cihan Özkara, 82), 17. Vüqar Nadirov (16. Cavid Hüseynov, 46), 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 13. Ali Gökdemir, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 21. Vladimir Levin, 22. Əfran İsmayılov.
Baş məşqçi: Berti Foqts.
Şimali İrlandiya: 1. Roy Karroll, 2. Lee Hodson (7. Niall Makginn, 66), 4. Qaret Makoli, 5. Conatan Evans, 8. Stiven Davis, 9. Martin Paterson, 10. Şane Ferqyuson, 11. Kris Brant (20. Uilyam Makkay, 74), 14. Krayq Katkart, 16. Oliver Norvud, 19. Ceyms Vard (15. Uill Qriqq, 84).
Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Mixael Makqovern, 3. Daniel Lafferti, 6. Kris Bayrd, 14. Corri Evans, 17. Aleks Brüs, 18. Rori Makardle, 21. Sammi Klingan, 22. Andrey Little.
Baş məşqçi: Mixael O`Neill.
Sarı vərəqələr: Rasim Ramaldanov, 63 - Oliver Norvud, 55.
Qırmızı vərəqə: Conatan Evans. 90+5.
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Bergonzi (İtaliya).
Hakim-inspektor: Adrian Kaşa (Malta).
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan).
Bakı. "Bakcell Arena". Saat 21.00.

1

Rusiya

9

7

0

2

19-4

21

2

Portuqaliya

9

5

3

1

17-9

18

3

İsrail

9

3

4

2

18-13

13

4

Azərbaycan

9

1

5

3

6-10

8

5

Şimali İrlandiya

9

1

3

5

8-16

6

6

Lüksemburq

9

1

3

5

7-23

6


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X