"Mançester Siti"nin baş məşqçisi Pe Qvardiola ilə münasibətləri qaydasında olmayan Serxio Aquero ilə bağlı yeni xəbər yayılıb. Fanat.Az xəbər verir ki, argentinalı ulduzun "Real"ın transfer siyahısında olduğu iddia edilib.
"Mançester Siti"nin ən məhsuldar oyunçusu olan Aqueronun baş məşqçi ilə münasibətlərinə görə klubdan ayrılmaq istədiyi və qış fasiləsində başqa kluba transfer olunacağı bildirilir. "Real"a yaxınlığı ilə seçilən "Marca" qəzeti isə ulduz futbolçunun "Kral Klubu"nun maraq dairəsində olduğunu iddia edib.
"Barselona"ya 0:3 hesablı məğlubiyyətdən sonra "Real" azarkeşləri Kriştiano Ronaldo və Kərim Benzemanı hədəfə alıb. İddia olunur ki, "Real" rəhbərliyi hücum xəttinə daha bir ulduz transfer etməklə gərginliyi azaltmaq istəyir.
Qeyd edək ki, Aquero 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə 36 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub. O, indiyədək "Mançester Siti"nin heyətində keçirdiyi 273 rəsmi oyunda 184 qol vurub.
Fanat.Az