Adı "Beşiktaş"la yanaşı çəkilən və "Beşiktaş"a hə dedim" sözləri manşetlərdən yayımlanan Arda Turanın 2015-ci ildə verdiyi müsahibə yenidən gündəmə gəlib. Fanat.Az xəbər verir ki, həmçin vaxt "NTV Spor"a danışan Arda Türkiyəyə dönüb-dönməyəcəyi ilə bağlı suala belə cavab vermişdi:
"Dönərsəm, yalnız yuvamız qapısını açarsa, yuvamıza dönərəm. Allah mənə geri dönməyi nəsib edərsə, yalnız "Qalatasaray"a dönərəm. Mən "Qalatasaray"a xidmət etmək istəyirəm, ürəyim, qəlbim ora aiddi. "Beşiktaş"da və "Fənərbaxça"da oynamaram deyirəm. Yalnız "Qalatasaray"da oynamaq istəyirəm".
Qeyd edək ki, Arda Turanın dünən İstanbulda qarşılaşdığı azarkeşlərə "Beşiktaş"a hə dedim. "Barselona" ilə anlaşa bilsələr gələrəm" dediyi iddia olunub.
Fanat.Az