"Beşiktaş"ın prezidenti Fikrət Orman "Barselona"nın futbolçusu Arda Turanı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib. Fanat.Az xəbər verir ki, klub rəhbəri yarımmüdafiəçini almağı düşünmədiklərini deyib:
"Arda bəyəndiyim oyunçudu. Türkiyənin önəmli markalarından biridi. Komandamızda Ardanın oynadığı mövqedə oyunçu çoxluğu var. Ardanın "Beşiktaş" formasını geyinməsini itəyərəm. Amma hazırda o, gündəmimizdə yoxdu".
Fanat.Az